“Bavariya” Bundesliqanın 12-ci turunda "Auqsburq"la oyunda yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi bu oyunda da qalib gəlməklə (3:0) məğlubiyyətsizlik seriyasını 37-ə çatdırıb.
 
Qeyd edək ki, Bundesliqada bundan əvvəlki rekord 1981/82, 1982/83 mövsümlərində 36 dəfə məğlub olmayan "Hamburq"a məxsus idi.
 
12 turdan sonra hələ də məğlub olmayan "Bavariya" 32 xalla turnir cədvəlinin lideridi.
Shares: