“Roma” rəhbərliyi istedadlı hücumçusu Marko Boriellonun müqavilə müddətini artırmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, “canavarlar” forvardla 2017-ci ilədək razılıq əldə edib.
 
Boryellonun hazırkı müqaviləsi cari mövsümün sonunda bitir.
 
Yeni 3 illik müqavilənin bütün detalları yaxın günlərdə mətbuata bildiriləcək.
 
Qeyd edək ki, bu mövsüm 31 yaşlı futbolçunun hesabında cəmi 1 qol var.
Shares: