Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan  “Neftçi” – “Bakı” oyunundan sonra qalib komandanın futbolçusu Bahodir Nasimov oyun haqda fikirlərini bölüşüb. Özbəkistanlı forvard komandasının 2:1 hesablı qələbəsi ilə bağlı öncə bunları söyləyib:
 
"Komandam üçün çətin oyun oldu. “Bakı” güclü komandadı. Oyun yaxşı gedirdi. Sadəcə, Stamenkoviçin qırmızı vərəqə alması işimizi bir az çətinə saldı. Ancaq uşaqlara afərin, sona kimi mübarizə apararaq qələbə qolunu vurdular. Bu oyunda qələbə turnir cədvəli baximindan bizim üçün önəmli idi. “Qarabağ”ın da AZAL ilə oyunda xal itirməsi işimizə yaradı və xallarımız bərabərləşdi. Bundan sonraki oyunlarda da çalışıb maksimum xal qazanmaq lazımdı”.
 
Uzun müddət zədə ucbatından futboldan kənar qalan futbolçu səhhəti və karyerası ilə bağlı isə bunları deyib: “Zədə mənə çox mane oldu. Bir sıra vacib oyunlarda komandama kömək edə bilmədim. Allahın izni hər şey qaydasına düşəcək və mən əvvəlki formama qayıdacam. Bunun üçün çalışıram”.
Shares: