Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, turnirin finalında Çinin "Quançjou" və Cənubi Koreyanın "Seul" klubları qarşılaşıb.
Tərəflər arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb. Ötən gün baş tutan cavab matçında da qalib müəyyənləşməyib – 1:1.
Beləliklə, səfərdə 2 qol vuran "Quançjou" Asiya Çempionlar Liqasının qalibi olub.





