Bu mövsüm uğurlu çıxışı ilə yadda qalan "Real"ın futbolçusu Kriştianu Ronaldo öz rekordunun qırmağa çox yaxındı. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu 2012-ci ildə Madrid klubunun forması ilə 58, Portuqaliyalı millisində isə 5 qol vuraraq ümumilikdə 63 dəfə fərqlənə bilmişdi.
 
Bu il isə indiyə kimi 62 (56-sı "Real", 6-sı Portuqaliya milisinin heyətində) qol vuran Ronaldoya bundan əvvəlki rekordunu qırmaq üçün sadəcə iki qol kifayət edəcək. İlin sonuna kimi 8 oyunda forma geyinmək imkanı olan ulduz futbolçunun daha çox qol vuracağı istisna olunmur.
 
Qeyd edək ki, Ronaldo indiyə kimi Madrid klubu ilə 216 rəsmi matçda forma geyib və 226 qol vurub.
Shares: