“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem "Qarabağ"dan ayrılacaq. O, 2014-cü ildə başa çatacaq müqaviləsini yeniləmək fikrində deyil.
Bu haqda futbolçu özü Futbolinfo.az saytına açıqlama verib: “Ehtiyatda oturmaqdan bezmişəm. Təkliflərin var, ona görə gedəcəm. Portuqaliya Superliqasında çıxış edən, Avropada yetərincə tanınmış klublardan birindən təklifim var. Ancaq klubun adını açıqlamaq istəmirəm. Çox güman ki, o klubla müqavilə imzalayacam. Məni "Qarabağ"ın Avroliqadakı bütün oyunlarını izləyərək bəyəniblər”.
Muarem ölkəmizdə qalmağın da əleyhinə deyil: “Azərbaycanda "Qəbələ"də oynaram. Çünki onlarda komanda oyunu var. Sərgilədikləri futbol da xoşuma gəlir”.





