"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin Portuqaliyanın tanınmış klublarından birinə transfer olmağa hazırlaşdığı barədə xəbər vermişdik. Transfer təklifini hansı klubdan aldığını soruşsaq da, makedoniyalı futbolçu bunu hələlik açıqlamaq istəmədiyini  bildirmişdi.
 
Ancaq "facebook" sosial şəbəkəsində azarkeşlərlə söhbətində makedoniyalı yarımmdüafiəçi bu klubun adını açıqlayıb. Bir azarkeşin "bu, "Benfika"dı" sualına o, "Benfika"da oynamağı çox istərdim, amma bu, "Braqa"dı".
Shares: