"Xəzər Lənkəran"ın futbolçusu Manuel Skarlatakenin futbolinfo.az saytına müsahibəsi
 
– Son oyunlarda "Xəzər Lənkəran"ın uğursuz çıxış etməsinə səbəb nədi?
– Əvvəlki oyunları deyə bilmərəm, amma "Qəbələ" ilə matçda bəxtimiz gətirmədi. Çox yaxşı oynadıq. Qol şanslarımız oldu, əlverişli epizodlar çox idi. Sadəcə, son nöqtəni qoya bilmədik.
 
– Demək istəyisizki ki, komandada heç bir problem yoxdu? Bütün uğursuzluq bəxlə bağlıdı?
– Bəxtimizin gətirmədiyi düzdü. Amma komandada problemlər də var. Məsələn, bu qədər hücumlarımızı məntiqi sonluqla başa çatdıra bilməməyimiz hazırda əsas problemlərdən biridi. Hücum edirik, təhlükəli vəziyyətlər yaradırıq, amma qol vura bilmirik.
 
– Yaxşı, o zaman sizin fikrinizcə, bu problemi necə həll etmək olar?
– Bu problemi həll etmək mənim işim deyil. Mən məşqçi verən tapşırığı yerinə yetirirəm. Amma istənilən problemi birlkdə həll edə bilərik. "Neftçi" ilə matçdan sonra klub prezidenti hamımızı toplamışdı. Həmin toplantıda problemin həlli yollarını axtardıq. Düzünü deyim, o, çox əsəbi idi. Fikrimcə, bu, normaldı.
 
– "Xəzər Lənkəran" fanatları artıq bir neçə oyundu ki, Con Toşakı istefaya səsləyirlər. Necə düşünürsüz, həqiqətən Toşak getməlidimi?
– Bu, mənim üçün çətin sualdı. Məşqçimiz haqqında danışmaq, açıqlama vermək istəmirəm. Yalnız özüm haqda danışa bilərəm.
 
– "Xəzər Lənkəran"dan yubiley mövsümündə hamı çempionluq gözləyirdi. Amma hazırkı mövqeyiniz və uğursuz nəticələriniz bundan xəbər vermir. Sizcə, şanslarınız hələ də qalır?
– Bu, çox çətin, amma mümkün olan məsələdi. Biz "Neftçi" və "Qarabağ"a çata bilərik. Hər şey özümüzdən asılıdı.
 
KƏMALƏ İSMAYILOVA
Shares: