İspaniyanın “Real” (Madrid) komandasının hücumçusu Kriştiano Ronaldo adını klub tarixinə yazmaq istəyir. Furbolinfo.az xəbər verir ki , portuqaliyalı dünya ulduzu Madrid “Real”ının əfsanə futbolşusu Raul Qonzalesin rekorduna göz dikib:
“Mən “Real” klubunun ən yaxşı bombardiri olmaq istəyirəm. Düşünürəm ki qollarım komandamı daha böyük uğurlara aparacaq.”
Xatırladaq ki, Ronaldonun aktivində 225 qol var. Rekordçu Raul isə “Real” tarixində 323 qola imza atıb.





