Millinin yoldaşlıq görüşləri ilə əlaqədar olaraq Premyer Liqada fasilə yaranıb. Futbolinfo.az xəbər verir ki, fasilədən istifadə edən komandalar istirahətə çəkiliblər.
Çempionluğa iddialı klublardan biri "Neftçi" də hazırda istirahətdədi. Komandaya iki günlük istirahət verən Nazim Süleymanov sabahdan etibarən yetirmələri ilə bir araya gələcək.





