"Barselona"nın ulduzu Lionel Messi “facebook” social şəbəkəsindəki rəsmi hesabından azarkeşlərinə ismarıc göndərib. Futbolinfo.az xəbər verir ki, argentinalı zədələndikdən sonra ona dəstək olan insanlara təşəkkürünü bildirib:
"Hər kəsin bildiyi kimi bir müddət forma geyə bilməyəcəm. Bu müddət ərzində zədəmi tez bir zamanda sağaltmağa çalışacam. Mənim üçün komanda ilə birlikdə olmamaq çox pisdi. Mənə qarşı olan bu dəstəyə oynadığım futbolla qarşılıq verəcəm. Hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Messi La Liqada "Betis"lə matçda zədələndiyi üçün 2 ay yaşıl meydanlardan uzaqda qalacaq.





