Bukmeykerlər "Qızıl top"a namizədlərin əmsallarını açıqlayıblar. Futbolinfo.az xəbər verir ki, onların favoriti "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberidi.
Bukmekerlər mükafatı fransız futbolçunun alacağına daha çox inanır. Hansı ki, onun qələbə əmsalı 1,90-dı. İkinci pillədə qərarlaşan Lionel Messinin qələbə əmsalı 2,50, Ronaldonun əmsalı isə 7-yə bərabərdi.
Bukmeykerlərin sıralamasında dördüncü pillədə Zlatan İbrahimoviç, beşinci yerdə isə Aryen Robben dayanır.





