"Yuventus" sağ cinah müdafiəçi axtarışlarını davam etdirir. Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Barselona"da yetərincə oyun təcrübəsi qazanmayan Martin Montoya Turin klubunun maraq dairəsinə düşüb.
 
“Qoca sinyora” danışıqlara başlamaq üçün qış “transfer pəncərəsi”nin açılmasını gözləyir.
 
Bundan başqa, "Yuventus" həmçinin Danilo D'Ambrozio ("Torino") və Bakari Sanya ("Arsenal") ilə də maraqlanır.
Shares: