İspaniyanın "Barselona" klubunun çilili hücumçusu Aleksis Sançez İngiltərə yığması haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, onun fikrincə, Çili yığması ingilislərə nisbətən daha sərt oyun göstərir:
"Bizim oyunumuz ingilislərə nisbətən daha sərtdi. Belə komandaların problemi ondadı ki, onlara hər şey asan gəlir. Bizdə insan inşaatda gün ərzində 15 saat işləməsə, həyatda qala bilməz. Futbol məni bundan xilas etdi. Fikrimcə, ingilis futbolçular eyni şeyi deyə bilməzlər".
Xatırladaq ki, Çili və İngiltərə yığması arasında yoldaşlıq oyunu noyabrın 15-də keçirələcək.





