“Çelsi”nin sahibi Roman Abramoviç qış transfer dövründə Radamel Falkaonu heyətə qatmaqda qərarlıdı. Futbolinfo.az xəbər verir ki, rusiyalı iş adamı bunun üçün kolumbiyalının klubu “Monako”ya 60 milyon avro ödəməyə də hazırdı.
 
Hansı ki, yayda Liqa-1 təmsilçisi məhz bu məbləğ qarşısında forvardı “Atletiko”dan almışdı. "Mirror" nəşrinin xəbərinə görə, Falkao özü də bu keçiddə maraqlıdı.
Shares: