“Mançester Yunayted” klubu 32 yaşlı futbolçusu Maykl Kerriklə müqavilə yeniləməyə hazırlaşır. Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik təcrübəli yarımmüdafiəçi ilə sözləşmə müddətini 2016-cı ilədək uzatmaq niyyətindədi.
 
Qeyd edək ki, Kerrik 2006-cı ildən “Mançester Yunayted”də çıxış edir.
Shares: