"İnter"in qapıçısı Samir Handanoviç karyerasını İngiltərə premyer-liqasında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, "Mançester Siti" sloveniyalı qolkiperi transfer etməyi planlaşdırır.
 
Mançester təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini yanvardan 29 yaşlı qapıçını komandasında görmək arzusundadı. Co Hartın son turlarda kobud səhvlərə yol verməsi mütəxəssisin yeni qapıçı axtarışlarına vadar edib. “Şəhərlilər” Handanoviçin keçidi üçün 20 milyon funt təklif edir. Lakin hələlik "İnter" təklifə heç bir münasibət bildirməyib.
 
Handanoviç 2012-ci ildən "İnter"in şərəfini qoruyur.
Shares: