İngiltərənin "Dail Mail" nəşri maraqlı faktın üstünü açıb. Futbolinfo.az xəbər verir ki, araşdırmalardan sonra məlum olub ki, "Çelsi" 1 il əvvəl qovduğu baş məşqçiyə hələ də əmək haqqı ödəyir.
 
Söhbət 2012-ci ilin noyabrında London klubundan ayrılan Robero di Matteodan gedir. Belə ki, italyan mütəxəssis hələ də “zadəganlar”dan ayda 130 min funt məvacib alır. Buna səbəb Matteonun vaxtilə klubla imzaladığı müqavilədəki təzminat maddəsidi. Müqavilədə göstərildiyi kimi, Matteo qovulsa belə, sözləşmə müddəti bitənə kimi çalışdırıcının maaşı ödəniləcək. Bu isə o deməkdi ki, di Matteo 2014-cü ilin iyununa kimi maaş alacaq.
Shares: