FİFA İngiltərə və Polşa Futbol Federasiyalarını cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb bu komandalar arasında baş tutan görüşdə azarkeşlərin qeyri-etik davranışlarıdı.
 
Qeyd edək ki, "Uembli" stadionunda keçirilən görüş zamanı xüsusi partlayıcı maddələrdən istifadə edən polşalı azarkeşlərdən biri meydançaya atılmış və bu oyunda müəyyən fasiləyə səbəb olmuşdu. Baş verənləri araşdıran FİFA hər iki ölkənin futbol federasiyasını cəzalandırıb. Polşa Futbol Federasiyası azarkeşlərin qeyri-etik davranışları səbəbindən 20,5 min, İngiltərə Futbol Federasiyası isə təhlükəsizliyi lazımi səviyyədə təşkil etmədiyi üçün 7 min funt cərimələnib.
 
Qeyd edək ki, İngiltərə – Polşa görüşü 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.
Shares: