Premyer Liqada medallara iddialı olan “Qəbələ” klubu qış toplanışını Antalyada keçəcək. Futbolinfo.az xəbər verirki, komanda hazırlıq keçmək üçün Antalyaya üstünlük verib.
 
“Qəbələ”nin qış hazırlığı 1 mərhələdən ibarət olacaq. Fasilədən sonra elə Antalyada toplaşacaq komanda 3 həftəlik toplanış keçəcək və bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, Premyer Liqada dekabrın 20-də yaranacaq fasilə fevralın 1-dək davam edəcək.
Shares: