“Çelsi” nin baş məşqçisi Joze Mourinyo qış “transfer pəncərəsi”ndə 3 futbolçunu satmaq fikrinə düşüb. Futbolinfo.az xəbər verir ki, portuqal mütəxəssis bu addımı "Monako"nun forvardı Radamel Falkaonu transfer etmək üçün atacağını deyib.
 
Mourinyo Kevin de Brayn, Demba Ba və David Luisi satmaqla Falkaonun transferinə şərait yaratmaq niyyətindədi.
 
Qeyd edək ki, adıçəkilənlərdən hər üçü “Çelsi”nin əsas heyət oyunçularıdı.
Shares: