Almaniya millisinin müdafiəçisi Jerom Boatenq İtaliya yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu haqda danışıb. Futbolinfo.az xəbər verir ki,o, "Skuadra Adzurra"da ən çox çəkindiyi oyunçunun Mario Balotelli olduğunu gizlətməyib:
"Balotelli Avro-2012-də bizim axırımıza çıxdı. Amma bu o demək deyil ki, biz ondan qorxmalıyıq. Bəli, Mario dünyadakı ən yaxşı hücumçulardan biridi. O, 100 faiz hazır olanda qarşısını kəsmək çətin olur. Bu həm mənim, həm də komanda yoldaşlarım üçün yaxşı sınaq olacaq. Yoxlama oyunu olsa da, İtaliyanı məğlub etməyə çalışacağıq. Qarşıdakı DÇ-də onlar bizim əsas rəqiblərimizdən olacaq".





