“Real”ın şərəfini qoruyan Kriştianu Ronaldo vaxtilə formasını geydiyi “Mançester Yunayted”lə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu geydiyi 7 nömrəli formanın onun üçün əlavə motivasiya olduğunu bildirib:
“Kluba gəldiyim gün məşqçi hansı nömrə ilə çıxış etmək istədiyimi soruşdu. Mən isə cavabımda 28 dedim. Lakin o mənə 7 nömrəli forma ilə çıxış edəcəyimi dedi. Bu forma mənim üçün əlavə motivasiya mənbəyi oldu, mənə güc verdi. Hər görüşdə bu formaya layiq olduğumu sübut etməyə çalışırdım”.
Qeyd edək ki, portuqaliyalı 2003-cü ildən 7 nömrəli forma ilə çıxış edir.





