Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyf dünya çempionatında Kriştianu Ronaldonu görmək istəyir. Futbolinfo.az xəbər verir ki, DÇ-2014-ün pleyy-off mərhələsində bu gün baş tutacaq Portuqaliya – İsveç matçıöncəsi danışan "Barselona"nın sabiq baş məşqçisi deyib ki, Zlatan İbrahimoviçdənsə, portuqaliyalı hücumçunun Braziliyaya getməsini arzulayır:
"İki futbolçudan birini seçmək çox çətindi. Ancaq mütləq birini seçməliyəmsə, Ronaldonu izləmək istəyərəm. Bu İspaniyada yaşadığım üçün siyasi bir seçimdi. İkisi də fərqli tərzli oyunçulardı. Keçmişdə onları çox tənqid etmişəm."





