Portuqaliya millisi DÇ-2014-ə vəsiqə qazana bilməyəcəyi təqdirdə, maliyyə cəhətdən böyük zərərə uğraya bilər. Futbolinfo.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, yığma "pley-off"da mübarizəni dayandırsa, reklam və turizm sektorunda 200 milyon avro ziyana düşəcək.
 
Kriştianu Ronaldo və komanda yoldaşlarının dünya çempionatına qatılması isə ölkə iqtisadiyyatına təxminən 400 milyon avro gəlir gətirəcək. Portuqaliya millisinin dünya çempionatında növbəti mərhələyə çıxarsa, 470 milyon avro qazanacaq. Komanda mundialı çempion olaraq tamamlasa, 610 milyon avro gəlir əldə edəcək.
Shares: