“Çelsi”nin hücumçusu Demba Ba “Beşiktaş”a keçməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, bu barədə “London Evening Standard” nəşri məlumat yayıb.
 
Türkiyə klubu artıq İngiltərə təmsilçisinin, eləcə də seneqallı futbolçu ilə təmasa keçib. Qışda londonlular hücum xəttini Radamel Falkao ilə gücləndirməyi planlaşdırır ki, bu isə 28 yaşlı Banın heyətdəki yerini tamamilə itirəcəyi mənasını verir. Məhz buna görə, Demba komandanı tərk etmək qərarına gəlib.
 
Cari mövsüm seneqallı İngiltərə çempionatında 3 oyuna çıxıb.
Shares: