2015/2016 mövsümüdə Çempionlar Liqasının finalının oynanılacağı stadion bəlli olub. Futbolinfo.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abate möhtəşəm oyuna ev sahibliyi edəcək arenanın adını açıqlayıb.
 
Final matçı "Milan" və "İnter"in ev oyunlarını keçirdiyi  "San Siro" və ya digər adıyla “Cüzeppe Meatsa”da baş tutacaq.
 
Qeyd edək ki, bu İtaliyanın mötəbər turnirin finalında 4-cü ev sahibliyi olacaq. Bunadək 1996 və 2009-cu illərdə Roma, 2011-ci ildə isə Milanda analoji qarşılaşmalar keçirilib.
Shares: