Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2014-ün pley-off mərhələsində Ukraynaya məğlubiyyətin (0:2) ardından açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəsis qarşılaşmanın hesabının onlar üçün gözlənilməz olduğunu deyib:
 
"Qol vurmaq üçün bir çox imkanımız olsa da, bundan yararlana bilmədik. Rəqibimiz isə hesabı açandan sonra daha da yaxşı oyun nümayiş etdirdi. Bu nəticə bizim üçün çox pis oldu. Ancaq yenə də özümüzə inanırıq. Öz meydanımızda oynaaycağımız qarşılaşmada əlimizdən gələni edəcəyik".
Shares: