"Qalatasaray" "Çelsi"nin kapitanı Con Terrini transfer etməkdə israrlıdı. Futbolinfo.az xəbər verir ki, "Daily Mail" nəşrində bu haqda xəbər dərc olunub.
İstanbul klubu təcrübəli müdafiəçiyə üç illik müqavilə təklif edir. Terrinin sözləşməni qəbul edəcəyi təqdirdə illik 3 milyon yarım avro qazanacağı bildirilir.
Klubla müqaviləsi bu yay bitəcək 32 yaşlı oyunçunun yanvarda "Qalatasaray"a keçidinin mümkün olduğu iddia edilib. Əks təqdirdə o yayda azad agent kimi istədiyi kluba “Çelsi” yə pul qazandırmadan keçəcək.





