"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov qışda Ağdam klubu ilə yollarını ayıracağına dair xəbərlərə münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunlar hamısı tamamilə yalnış sohbətlərdi. Belə bir şey yoxdu. "Qarabağ"dan da ayrılmağa hazırlaşmıram. Bu haqda başqa heç nə deyə bilmərəm".
Qeyd edək ki, İlqarla yanaşı yarımmüdafiəçi Namiq Yusifovun da çox forma şansı qazanmadığına görə qışdan "Qarabağ"dan ayrılacağı barədə xəbərlər yayılıb.





