“Kəpəz”in baş məşqçisi Vidadi Rzayevin istefa verdiyini xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, gənc çalışdırıcı komandanın uğursuz çıxışı səbəbindən postunu tərk etmək isiəyirdi.
 
Lakin “Kəpəz” rəhbərliyi “Lokomotiv”lə oyundan sonra (2:3) istefa verən baş məşqçinin bu istəyi ilə razılaşmayıb. Gəncə klubu Rzayevin istefasını qəbul etməyib.
 
Qeyd edək ki, 10 turda 2 qələbə qazanıb, 2 heç-heçə edən və 6 dəfə məğlub olan “Kəpəz” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Shares: