İspaniya "Real"ının hücumçusu Kriştianu Ronaldo haqda maraqlı iddia yayılıb. Futbolinfo.az xəbər verir ki, portuqal futbolçu "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.
Buna səbəb isə Ronaldonun FİFA prezidenti Yozef Blatterlə arasında olan gərginlikdi.
Belə ki, Blatter bir müddət öncə Lionel Messinin “Qızıl Top”a Ronaldodan daha layiqli namizəd oldyuğunu vurğulamışdı. Məhz bu səbəbdən 28 yaşlı forvardın FİFA-nın bayrağı altında keçiriləcək tədbirdə iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, ilin ən yaxşı futbolçusu 2013-cü il yanvarın 13-də İsveçrədə keçiriləcək tədbirdə sahibini tapacaq.





