Almaniyanın "Bavariya" klubununu yarımmüdafiəçisi Frank Riberi noyabrın 23-də bundesliqada "Borussiya" (Dortmund) iləq qarşılaşacaqları oyun haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, fransız futbolçu bu qarşılaşmanı "ilin matç"ı adlandırıb:
 
"Borussiya" ilə oyun "ilin matçı" olacaq. Əgər "Borusssiya" ilə oyunda qələbə qazansaq, rəqibimizi 7 xal qabaqlayacağıq ki, bu da çempionluq yolunda bizə böyük üstünlük verəcək. Bu oyuna çox ciddi yanaşmalı və yaradacağımız bütün imkanlardan maksimum istifadə etməliyik".
 
Riberi sonda bu il "Qızıl top" mükafatını qazanacağına inandığını bildirib.
Shares: