"Qalatasaray” qış “transfer pəncərəsi”ndə “Çelsi”nin ulduzu Con Terrini transfer etmək üçün bir müddətdi səy göstərir. Futbolinfo.az xəbər verir ki, artıq bu barədə həm ada, həm də qardaş ölkənin mətbuatında xəbərlər dərc olunur.
 
Son olaraq yayılan xəbərlərə görə, artıq 32 yaşlı stopperlə razılıq əldə olunub.
Danışıqları baş məşqçi Roberto Mançininin meneceri Muzzi Özcan aparır. Terrinin "Qalatasaray"da ilinə 4,5 milyon avro qazanacağı deyilir.
 
Qeyd edək ki, Con Terrinin "Çelsi" ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdi.
Shares: