"Trabzonspor" klubu qışda heyətini gücləndirmək istəyir. Futbolinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi bir müddət əvvəl "Beşiktaş"lı Mustafa Pektemeki hədəf alsa da, istəyinə nail ola bilməmişdi.
 
İndi qaradənizlilər gözünü İngiltərə premier-liqasında dikib. "Bordo-mavilər"in heyətinə qatmaq istədiyi futbolçu "Kardiff Siti"nin 20 yaşlı hücumçusu Andreas Korneliusdu. Bu yay "Kopenhagen"dən 9 milyon avroya transfer olunan gənc forvard özü də İngiltərədən ayrılmaq fikrindədi.
 
Qeyd edək ki, Kornelius cari mövsümdə Premyer Liqada cəmi 2 dəfə meydana çıxıb. 
Shares: