İngiltərənin 4 klubu İtaliya millisinin və "Yuventus"un aparıcı üzvü Andrea Pirlo ilə yaxından maraqlanır. Futbolinfo.az xəbər verir ki, sözügedən komandalar "Arsenal", "Mançester Yunayted", "Çelsi" və "Tottenhem"di. Premyer-liqa təmsilçiləri italyan futbolçunu heyətində görmək istəyir.
Pirlonun "Yuventus"la hazırki müqaviləsi 2014-cü ilin yayında bitir. Hələlik tərəflərin yeni müqavilə imzalayıb-imzalamayacağı bəlli deyil.





