İngiltərənin "Arsenal" klubu qışda hücum xəttini gücləndirmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, “topçular” bunun üçün 3 forvardı nəzarətdə saxlayır: Bunalr "Mançester Yunayted"in üzvü Xavyer Ernandes, "Real”ın hücumçusu Kərim Benzema və "Mançester Siti"nin qolçusu Edin Dzekodu.
London klubu qış “transfer pəncərəsi”ndə səs-küylü transfer həyata keçirməklə, daxili çempionatda və Çempionlar Liqasında hər oyunda meydanda olan Olivye Jiruya istirahət vermək istəyir.
Qeyd edək ki, adıçəkilən hər 3 namizıd hazırkı komandalarında daimi oyun təcrübəsinə malik olmadıqlarına görə London klubuna keçməyə razılıq verə bilər.





