Belarusla yoldaşlıq oyununa hazırlaşan Türkiyə millisi iki itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Mehmet Topal və Semih Kaya məşq zamanı sıradan çıxıb.
Müvafiq olaraq "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları bel ağrılarından şikayətilənib. Bu səbəbdən baş məşqçi Fatih Terim hər iki oyunçunu heyətdən çıxarıb. İstanbula dönən futbolçuların müalicəsi klublarında davam etdiriləcək.





