Türkiyənin 19 yaşadək qızlardan ibarət milli komandasının Bakıya gələcək heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Talat Tuncəl ölkəmizə 18 futbolçu gətirəcək:
 
Qapıçılar: Büşra Öztürk (Trabzon İdman Ocağı), Sude Mihri Çınar (Bədən Tərbiyəsi və İdman Tərbiyəsi Mərkəzi Spor);
 
Müdafiəçilər: Kübra Bərbər, Mədinə Ərkan (hər ikisi “Dərincə Bələdiyyəspor”), Bahar Güvənç (1207 Antalyaspor), Aylin Dişli (Bayer, Almaniya);
 
Yarımmüdafiəçilər: Yaşam Göksu, Hilal Başkol, Ümran Üzev (hər üçü “Konak Bələdiyyəspor”), Serra Çağan, Beritan Gədik (hər ikisi “Karşıyaka Kolleci Spor”), Selin Sivrikaya, Ayşə Önal (hər ikisi “Bədən Tərbiyəsi və İdman Tərbiyəsi Mərkəzi Spor”), Əsra Özkan (Mərmərə Universiteti), Səmanur Akbaş (Dərincə Bələdiyyəspor);
 
Hücumçular: Zelal Baturay (Diyarbəkir BB), Dilan Akarsu (1207 Antalyaspor), Nursel Özkan (Elazığ Bordo Atletik Spor).
 
Qeyd edək ki, noyabrın 26 və 28-də qızlardan ibarət U-19 millimiz Türkiyə ilə 2 yoldaşlıq oyunu keçirəcək. “Bayıl Arena”da keçiriləcək görüşlər saat 16:30-da başlayacaq. Türkiyə millisi noyabrın 25-də İstanbul Atatürk Hava Limanında bir araya toplaşacaq və İstanbul – Bakı reysi ilə ölkəmizə uçacaq.
Shares: