Hazırda Azərbaycanda bir çox fan-klublar var. Ancaq biri digərlərindən xüsusilə fərqlənir. Bu, “Sector 11” azad azarkeş qrupudu. Bu fan-klubun fərqi ondandı ki, onlar hansısa klubun yox, bütövlükdə Azərbaycan idmanına azarkeşlik edirlər.
Azərbaycan milli komandasının və klublarının başqa ölkə təmsilçiləri ilə oyunlarında bu fan klubun üzvlərinə rast gəlməmək mümkün deyil. Fan klub barədə daha ətraflı məlumatı isə futbolinfo.az saytına müsahibəsində “Sector 11”-in idarə heyətinin üzvlərindən olan Atanur Cəfərli verəcək:
– Fan-klubunuz haqda ətraflı məlumat verərdiz…
– “Sector 11” azad azarkeş qrupu 1 iyul 2010-cu ildə yaranıb. “Facebook” sosial şəbəkəsində yaratdığımız səhifə sayəsində qısa müddətdə tanındı və fəal azarkeşləri öz ətrafına topladı. Əsasən millinin və avrokuboklarda mübariz aparan klublarımızın oyunlarına gedirik.
– Neçə üzvünüz var?
– Hələ ki, rəsmi qeydiyyata başlamamışıq. Amma oyunlarda 300-400 üzvümüz iştirak edir.
– Sıralarınızda klub fan qruplarının üzvü var?
– Var. Amma fan-klub üzvləri deyil, hərə bir klubun azarkeşidi. Ancaq avrokuboklarda hamımız birləşib dəstək oluruq. Məsələn, mən “Bakı” azarkeşiyəm, biri “Xəzər Lənkəran”, biri “Neftçi”, amma biz hamımız gedib “Neftçi”ni, “Xəzər Lənkəran”ı, “Qarabağ”ı dəstəkləyirik.
– Hazırda klubların azarkeşləri arasında tez-tez iğtişaşlar yaranır. Sizin bu hallara münasibətiniz necədi?
– Digər ölkələrdəki azarkeşlər arasında rəqabətə, iğtişaşa baxsaq, Azərbaycanda olan hadisələr çox yüngüldü. Bizdə azarkeşlərin stadiona gəlib tum çırtlamağına öyrəşiblər. Ona görə kimlərsə komandasına dəstək olanda, rəqib komandalarla rəqabət aparanda, məşalə yandıranda xuliqanlıq kimi görürlər. Problem azarkeşlərdə deyil. Onlar sadəcə sevimli komandalarını dəstəkləyirlər.
– Son vaxtlar azarkeşlərin döyülməsi, tutulması halları artıb. Sizin fan-klub üzvləri də belə problemlərlə üzləşir?
– Olub. Milli komandanın Qazaxstana qarşı oyununda. Bir də keçən yay “Neftçi”nin “Dalğa Arena”da APOEL-lə oyununda 5 üzvümüz tutulmuşdu. Polis bölməsinə aparılıb, izahatları alınmışdı.
– Olub. Milli komandanın Qazaxstana qarşı oyununda. Bir də keçən yay “Neftçi”nin “Dalğa Arena”da APOEL-lə oyununda 5 üzvümüz tutulmuşdu. Polis bölməsinə aparılıb, izahatları alınmışdı.
– Təqsirləri nə idi?
– Belə əsaslandırmışdılar ki, beynəlxalq oyunlarda məşəl yandırmağa icazə verilmir. Biz isə yandırmışdıq.
– Bir ara fan-klubunuzun dağılması ilə bağlı xəbər yayılmışdı…
– Bəli, maddi problemlə görə fəaliyyətimizi dayandırmışdıq. Çünki bizim işlərə pul lazım olur. Xoreoqrafiya, pankart və s. kimi işləri görmək üçün. Əgər bunları edə bilmiriksə, stadiona getməyə dəyməz. Anacq artıq bu məsələni həll etmişik.
– İndi vəziyyət nə yerdədi?
– Yaxşıdı. Üzvlərlə danışmışıq, avrokuboklara kimi hər ay pul yığıb, yayda öz rekordlarımızı yenidən qıracağıq.
RÖYA KƏRİMLİ





