"Qalatasaray" Uesli Sneyderdən şad xəbər alıb. Futbolinfo.az xəbər verir ki, bir müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan futbolçu sağalmaq üzrədi.
 
Müalicəsini ölkəsi Hollandiyada davam etdirən yarımmüdafiəçinin artıq meydana qayıtma tarixi də bəllidi. Türkiyə mediası bildirir ki, ulduz futbolçu 10 gün ərzində hazır olacaq və Çempionlar Liqasında "Real"la oyununda meydana çıxacaq.
Shares: