Azərbaycanlı hakimlər UEFA-dan yeni təyinat alıblar. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında bu mövsümdən etibarən təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda noyabrın 27-də keçiriləcək ÇSKA (Rusiya) – "Bayern" (Münxen, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Mehman Mahmudov kömək edəcəklər.





