Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini komandanın hücum xəttini gücləndirmək fikrindədi. Futbolinfo.az xəbər verir ki, təcrübəli məşqçi italyan futbolçu Stefan Əl-Şəravi ilə maraqlanır.
İtaliyanın "Milan" klubu da "Qalatasaray" forması geyən Uesli Sneyderə elçi düşüb. Mançini misir əsilli Əl-Şəravinin əvəzinə Sneyderin komandadan getməsinə razıdı.
Qeyd edək ki, Əl-Şəravi bu mövsüm "Milan"ın heyətində 4 oyun keçirib və 1 qol vurub.





