İngiltərə millisinin və "Arsenal"ın əfsanəvi qapıçılarından olan Devid Simen "Mançester Siti"nin gənc qolkiperi Co Hartı dəstəkləyib. Futbolinfo.az xəbər verir ki, o, 26 yaşlı əlcək sahibi haqqında bunları deyib:
"O, hazırda istədiyi qədər forma geymək şansı əldə etmir. Ümumiyyətlə, son xətalarından sonra qapıda onu Kastel Pantilimon əvəz edir. Əvvəlki inamını yenidən qazanmaq üçün ona çoxlu şans vermək lazımdı. "Mançester Siti"də nə edəcəyi məlum olmasa da, İngiltərə millisində uğurla çıxış edəcəyinə inanıram".
Qeyd edək ki, İngiltərə millisinin əsas qapıçısı olan Co Hart son dövrlər klubunda çox az forma şansı qazanır.





