"Xəzər Lənkəran"la Naxçıvanda keçirilmiş Super Kubok oyunundan sonra istefa vermiş "Neftçi"nin məşqçilər korpusunun bəzi keçmiş üzvləri yenidən paytaxt klubuna qayıdır. Futbolinfo.az saytına daxil olan məlumata görə, Tərlan Əhmədovun köməkçilərindən biri – Kamal Quliyev artıq "ağ-qaralar"ın düşərgəsinə qayıtmaq üzrədi.
 
Xəbəri dəqiqləşdirmək üçün Quliyevin özü ilə əlaqə saxladıq. O, bu xəbəri təkzib etmədi: "Düzdü, "Neftçi"dən təklif almışam. "Neftçi" Azərbaycanın ən titllu və adlı-sanlı klubudu. Burada işləmək hamı üçün qürurvericidi. Mənim həm futbolçu, həm də məşqçi kimi yetişməyimdə bu klubun rolu çox böyükdü. İnşallah yenidən burada işləyəcəm".
Həmin məşqçilər korpusunun digər üzvü Bəxtiyar Musayev isə "Neftçi"yə dönəcəyi barədə xəbəri təkzib etdi: "Mənim bu barədə heç bir xəbərim yoxdu. Heç kim mənə belə bir təklif etməyib. Ona görə də real olmayan bir məsələ barədə danışmaq istəmirəm".
Shares: