İtaliyanın “Yuventus” klubu “Bavariya”nın hücumçusu Mario Mandzukiçlə yaxından maraqlanır. Futbolinfo.az xəbər verir ki, xorvat forvardın meneceri müsahibəsində bu haqda danışıb:
 
“Marionun “Bavariya”nı tərk edəcəyi real görünür. Əlbəttə ki, “Yuventus” hücumçu ilə maraqlanan ən real namizədlərdən biridi”.
 
Qeyd edək ki, Mandzukiç bu mövsüm “Bavariya”nın heyətində 8 qola imza atıb.
Shares: