Təxminən 7 ay öncə əvəzedicilərin çempionatında keçirilən "Simurq"la oyunda çox ciddi zədə alan və uzun müddət yaşıl meydanlardan kənarda qalan "İnter"in gənc futbolçusu Fuad Bayramov hələ də əvvəlki formasını tam bərpa edə bilməyib. Futbolinfo.az xəbər verir ki, noyabrın əvvəlində yenə əvəzedicilərin çempionatında "Rəvan"a qarşı forma geyməklə zədədən sonra ilk dəfə futbol oynayan yarımmüdafiəçi məşqlərlə yanaşı müalicəsini də davam etdirməkdədi.
Belə ki, əldə etdiyimiz məlumata görə, ötən gün günorta saatlarında Ukraynanın paytaxtı Kiyevə yola düşən Bayramov orada tam müayinə və reabilitasiya keçdikdən sonra vətənə qayıdacaq.
Maraq üçün xatırladaq ki, ötən mövsümün sonlarında sıradan çıxan Fuadın həmin vaxt aldığı zədə nəticəsində bir böyrəyini itirmişdi.





