"Sumqayıt"ın prezidenti Kamran Quliyev Azərbaycan millisinin baş məşqçisi Berti Foqts haqda fikirlərini bildirib. Futbolinfo.az saytına müsahibəsində klub prezidenti Foqtsun qalmasının tərəfdarı olduğunu bildirib:
 
"Mən istəyərdim ki, Foqts yığmada qalsın. Çünki Foqts artıq komandanın dilini bilir. Gənclərə şans verir və yavaş-yavaş nəticə qazanır. Birdən heç nəyə nail olunmur. Foqts kimin nəyə qadir olduğunu bilir. Artıq çempionat oyunlarını da izləyir. Əsas odu ki, onun gedib, ya qalmağını futbolçulardan soruşaq. Çünki Foqtsla nə Kamran, nə də başqası işləmir. Futbolçular işləyir və necə olduğunu onlar daha yaxşı bilirlər. Ona görə mən Berti Foqtsun qalmasının tərəfdarıyam".
Shares: