“Mançester Yunayted”in və İngiltərə yığmasının hücumçusu Ueyn Runi sabah yoldaşlıq oyunu çərçivəsində qarşılacaqları Almaniya millisinin və “Arsenal”ın aparıcı üzvü Məsut Özil haqda danışıb. Futbolinfo.az xəbər verir ki, Runi türk əsilli alman futbolçunun heyrətamiz oyun sərgilədiyini bildirib:
 
“O, çox ağıllı futbolçudu. Özili meydanın bir yerində görmək mümkünsüzdü. O, daim hərəkətdədi, həm ötürmə vermək, həm qol vurmaq bacarığı var. Bu oyun bizim üçün çox gözəl bir sınaq olacaq”.
 
Qeyd edək ki, İngiltərə ilə Almaniya arasındakı görüş Londonun “Uembli” stadionunda keçiriləcək.
Shares: