İspaniya yığmasının baş məşqçisi Visente del Boske FİFA-nın "Qızıl Top" mükafatı seçimində kimlərə səs verdiyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı hər nə qədər ədalətdən uzaq olsa da, öz yetirmələrinə səs verdiyini bildirib.
O, Xavi Hernandes və Andres İnyestanı müvafiq olaraq 1-ci və 2-ci yerlərə yazdığını bildirib. Del Boske 3-cü yer üçün kimə səs verdiyini isə anonim saxlayıb.





